Makronun həyat yoldaşı iki qadınə cərimələdib
Paris məhkəməsi Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijitin kişi doğulduğunu iddia edən Nataşa Rey və Delfin Jequss adlı iki qadını 13,5 min avro cərimələyib.
Bu barədə “BFMTV” telekanalı məhkəmənin bəyanatına istinadən məlumat yayıb.
“Bundan əlavə, onlar vurulmuş mənəvi zərərə görə Brijit Tronyeyə (birinci xanımın qızlıq soyadı) 8 min avro, onun qardaşı Jan-Mişel Tronyeyə isə 5 min avro təzminat ödəməli olacaqlar”, - telekanal bildirib(Report).