AZ

Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva İtaliyanın Latzio vilayətində keçirilən“Hüquqların təminatçısı kimi Ombudsmanın rolu” mövzusundaOmbudsmanların Beynəlxalq Konfransında iştirak edib.

Bu barədə Trend-ə OmbudsmanAparatından bildirilib.

Dünya ölkələrində heç bir ayrı-seçkilik olmadan insanhüquqlarına hörməti təşviq etmək məqsədilə keçirilən tədbirdə50-dən çox ölkənin ombudsman və milli insan hüquqlarıinstitutlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Konfransda “Qlobal böhranlar zamanı insan hüquqları. Ombudsmanınrolu” adlı sessiyada çıxışı zamanı Müvəkkil hazırda dünyanın həminsan hüquqlarına, həm də ətraf mühitə təsir edən mühüm qlobalproblemlərlə üzləşdiyini bildirib.

İqlim dəyişikliyi kontekstində insan hüquq və azadlıqlarınınsəmərəli müdafiəsinin ombudsman və milli insan hüquqlarıinstitutlarının fəaliyyətində prioritet məsələlərdən birinəçevrildiyini bildirən S.Əliyeva Azərbaycanın Ombudsman təsisatıtərəfindən müvafiq sahədə çoxsaylı tədbirlərin təşkil olunduğunudiqqətə çatdırıb.

Torpaqlarımızın otuz ilə yaxın müddət ərzində Ermənistanınişğalına məruz qaldığını qeyd edən Müvəkkil həmin ərazilərdə ətrafmühitə, bioloji müxtəlifliyə ziyan vurulduğunu, ekosidcinayətlərinin törədildiyini bildirib.

Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundanbəhs edən Ombudsman həmin minaların vətəndaşların həyat vəsağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin özdoğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılanbərpa-quruculuq işlərinə maneə törətdiyini, eləcə də minapartlayışlarının regionda ekoloji tarazlığın pozulması ilənəticələndiyini söyləyib.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbiisərvətlərdən daha səmərəli istifadə istiqamətində müxtəlif dövlətproqramlarının, strategiyaların və milli fəaliyyət planlarınınhəyata keçirildiyini bildirən Ombudsman, həmçinin ölkəPrezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünyanaminə həmrəylik ili” elan olunduğunu qeyd edib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcəyini bildirən Müvəkkil tədbirin yüksək səviyyədətəşkili istiqamətində hazırlıq işlərinin həyata keçirildiyinidiqqətə çatdırıb.

Səbinə
Səbinə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
13
az.trend.az

10Mənbələr