AZ

4 ölkənin səfirləri İran XİN-ə çağırılıb

Böyük Britaniya, Fransa, Hollandiya və Almaniya səfirləri İranın Rusiyaya raket göndərdiyi iddiası ilə bağlı məlumatlara görə İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə İranın "Mizan" agentliyi məlumat yayıb.

Sentyabrın 7-də CNN telekanalı mənbələrə istinadən İranın Ukraynada istifadə etmək üçün Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürdüyünü iddia edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə məlumatların çox vaxt həqiqətə uyğun olmadığını bildirib.

www.anews.az
Seçilən
20
1
anews.az

2Mənbələr