Rusiya hərbçilərinin Donetsk vilayətinin Verolubovka kəndini atəşə tutması nəticəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin 3 əməkdaşı həlak olub.
Senzor.az yerli Kİv-ə istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets öz Teleqram kanalında məlumat verib.
“Rusiya ordusunun Donetsk vilayətinin Verolubovka kəndini artilleriya atəşinə tutması nəticəsində BQXK-nın Ukrayna vətəndaşı olan üç əməkdaşı həlak olub, daha iki işçi isə yaralanıb. BQXK əməkdaşları yük maşınları ilə humanitar yardımın daşıyırdılar”, - deyə o yazıb.