AZ

Bu, Paşinyanın planıdır, görək İlham Əliyevin planı necə olacaq...

Image

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib.   A. Quliyev yazır:  "Paşinyanın 13 maddədən ibarət yarımçıq saziş layihəsini Azərbaycana təqdim etməsinin və ardınca dərhal imzalamağa hazır olduğunu bildirməsinin arxasında yaxın perspektivə hesablanmış plan dayanır.Paşinyan 16 maddəlik layihənin 3 maddəsini kənara qoyaraq 13 maddəni Azərbaycana təqdim etdiyi anda çox yaxşı bilirdi ki , Azərbaycan bu yarımçıq və mənasız layihəni qəbul etməyəcək.Ən azı ona görə ki, bu layihə Azərbaycanın 2 il əvvəl təqdim etdiyi 5 saziş prinsipinə heç minimum səviyyədə belə uyğun deyil.Hazırkı şəraitdə  ana prinsip sayılan  indi və gələcəkdə ərazi iddialarından imtinaya təminat prinsipinin əks olunmadığı heç bir saziş Azərbaycan üçün məqbul deyil.

Bəs Paşinyan yarımçıq saziş layihəsi təklifi  ilə nə demək istəyir?
1.Layihəni imzalamaqdan imtina edən Azərbaycanı " sülhü istəməyən sizsiniz " ideyası ilə vurmaq.
2.Yarımçıq layihənin şərait üçün guya ən optimal və konstruktiv sənəd olduğu üzərində uzun müddət oynamaq,müxtəlif ikitərəfli və çoxtərəfli müzakirə formatlarında yarımçıq layihənin " təqdimatını" keçirmək...
Yəqin hələ uzun müddət bu layihə Ermənistanın müxtəlif dövlətlərdəki səfirlikləri, beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin xətti ilə ortada " fırladılacaq".
3.Ehtimallara görə Paşinyan yarımçıq layihənin üzərində azı 8- 10 ay oynayacaq və bu yolla tam saziş mətni üzərində işin bərpasını 2026- cı ilədək gecikdirməyə çalışacaq.Ehtimallarıma görə, Paşinyan tam mətndə sülh sazişi üzərində işi 2026- cı ilin parlament seçkiləri ərəfəsində gündəmə gətirəcək.Ona sülh sazişi üzərində uzun iş 2026- cı ilin parlament seçkilərində öz qələbəsini bütün maraqlı tərəflərə qəbul etdirmək üçün çox lazımdır.
Bu , Paşinyanın planlarıdır .
Görək İlham Əliyevin planları necə olacaq..."

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
baki-xeber.com

2Mənbələr