Keçmiş futbolçu Ditmar Hamann “Bayern”in yarımmüdafiəçisi Camal Musiala haqda danışıb. Komanda.az “Bulinews”-a istinadən xəbər verir ki, o, Musialanın oyunu çox tez-tez ələ keçirdiyini söyləyib:“Musiala fərdiyyətçidir, o, çox vaxt tək hərəkət etməyə çalışır. Topu on dəfə qəbul edərsə, doqquzunda başını aşağı salır və driblinq etməyə başlayır. “Bayern”in nöqteyi-nəzərindən, Musialanı Florian Virtsə dəyişə bilsəm, bunu həmin an edərdim”. Virts “Bayer”də çıxış edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta