AZ

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

Azərbaycanın ən sürətlisi Bakcell 13-15 sentyabr tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Pri2024”ün tədbir tərəfdaşıdır.

Medianews.az xəbər verir ki, bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında tədbir sponsorluğuna dair müqavilə imzalanıb.

Əməkdaşlıq çərçivəsində Qran Prinin Azneft tribunası“Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında qonaqlarBakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcəklər. Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz innovativ məhsul və xidmətlərini tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, “Bakcell” artıq üçüncü ildir ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisinin rəsmi tədbir sponsorudur.

Bundan əlavə, “Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Seçilən
61
46
medianews.az

10Mənbələr