AZ

Peşəkar Çövkən Liqasının VIII turunun növbəti oyunları keçirilib

Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının VIII turunun oyunları keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, turun açılış matçında “Embawood” “Ağstafa Dilbaz” kollektivini 5:0 hesabı ilə məğlub edib.

Digər oyunlarda “Zəfər” “Köhlən” komandasını 8:1, "Sərhədçi" "Qarabağ"ı 5:0, "Polad" "Şirvan"ı 7:1, "Elit" "Omar"ı 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında IX turun oyunları sentyabrın 17-dən 18-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
7
missiya.az

8Mənbələr