\"Netanyahu oktyabrın 7-dən bəri mənim zənglərini qəbul etməkdən imtina edir”.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş \"Reuters\"ə müsahibəsində bildirib.
O qeyd edib ki, ötən il HAMAS-ın 7 oktyabr terror hücumundan sonra Baş nazir Benyamin Netanyahu ilə danışmayıb: \"Çünki Netanyahu zənglərimə cavab vermir və BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir”.
\"Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur\"- deyə Quterreş bildirib.