AZ

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib  YENİLƏNİB VİDEO

Mərkəzi

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Maraqlı subyektlərin də qatıldıqları iclasda əvvəlcə müraciətlərlə bağlı ərizəçilərin özlərinin bilavasitə iştirakı ilə aparılan hərtərəfli, obyektiv və şəffaf araşdırma prosesi barədə ətraflı məlumat verilib.

Ardınca Komissiya üzvlərinin geniş müzakirəsinin nəticəsi olaraq, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə baxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
9
azertag.az

10Mənbələr