AZ

Baltikyanı ölkələr NATO-nun hava hücumundan müdafiəsini gücləndirməyə çağırır

Baltikyanı ölkələr NATO-nu alyansda uzun mənzilli raketdən müdafiə sistemlərinin kritik çatışmazlığı fonunda Rusiya ilə həmsərhəd üzv ölkələrin hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Estoniyanın müdafiə naziri Hanno Pevkur Alyans daxilində uzun mənzilli raketdən müdafiə qüvvələrinin və imkanlarının kritik çatışmazlığı fonunda belə bir bəyanatla çıxış edib.

“Aydındır ki, sərhədyanı ölkələr ən kritik vəziyyətdədir. Sərhəd ölkələri qorunsa, əlbəttə ki, Berlin və Paris də daha təhlükəsiz olacaq”, – deyə o vurğulayıb.

Materialda iyul ayında NATO qərargahının üzv ölkələrə yeni müdafiə imkanları ilə bağlı təkliflər göndərdiyi və bu təkliflərin bütün Alyansda 2025-ci ilin ikinci yarısında qəbulu gözləniləndən bəhs edilir.

Qeyd edək ki, ballistik raketləri dəf etmək qabiliyyəti müttəfiqlərin müdafiəsində ən böyük boşluqlardan biridir.

Seçilən
56
nocomment.az

1Mənbələr