AZ

Aybəniz Haşımova: “Onunla bir ifa edəcək qədər hələ böyüməmişəm”

"Şahnaz Haşımovanın oktyabrın 5-də Gəncədə filarmoniyada yubiley konserti olacaq. Vaxta az qalıb, əziz gəncəbasarlılar. Allah izn versə, mən də orada olacağam".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb.

"Dünən Şahnaz xanımla onlayn məşq edirdik. Şahnaz xanım deyir ki, gəl, birgə duet hazırlayaq. Mahnının adını deməyəcəyəm, qoy, sürpriz olsun. İndi Şahnaz xanım oxuyur. Ürəyimdə məni dərd alıb, görəsən, necə ifa edim ki, bəyənsin? Elə bilirdim böyümüşəm… Sən demə, onunla bir ifa edəcək qədər hələ böyüməmişəm. Hələ də həyəcan, soyuq tər basır, ürəyim titrəyir. Az qalıram, deyim ki, qadan alım, icazə ver, elə zalda əyləşib səni dinləyim. Bu nədir sizə qurban, həyəcan niyə məndən getmir?

Elə yeni sənətə başlayan dövrdə necə idim, indi də gördüm ki, belədir. Deməli, yaşın artmasının bu işlə heç əlaqəsi yox imiş. Şövkət Ələkbərova, Şahnaz xanım qarşısında illər keçsə də, bu vəziyyət dəyişməz olaraq qalıbmış. Amma çarə yoxdur, oxumalıyam. Allah Şahnaz xanıma can sağlığı versin. O billur, dağ şəlaləsi tək qəlblərə sərinlik verən bulaq səsi dünyamızdan əskik olmasın", - deyə A. Haşımova qeyd edib.

Bizim.Media

Seçilən
16
7
bizim.media

10Mənbələr