AZ

"İmişli"nin istəyini "Cəbrayıl" qəbul etdi

  I Liqa təmsilçisi "İmişli" bu gün Tovuzda "Baku Sportinq"i qəbul etdi.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatdı. Bildiyiniz kimi, İmişli şəhər stadionunda təmir gedir. Bu səbəbdən də komanda ilk ev oyununu Tovuzda keçirdi.

Offsideplus.az-a "çəhrayı pələnglər"lə bağlı maraqlı informasiya daxil olub. Sən demə, "İmişli"nin Tovuz macərası 1 turluq imiş. Komanda növbəti ev oyununu - "Cəbrayıl"la matçı burada oynamayacaq. Komandaların rəhbərlərinin qarşılıq razılığı əsasında görüş qarabağlıların ev oyunlarını keçirdiyi "ASCO Arena"da baş tutacaq. Yəni, "İmişli" bu görüşə qonaq qismində çıxacaq. 

Artıq bununla bağlı PFL-ə rəsmi müraciət də olunub.

"İmişli" rəhbərliyin əsas istəyi stadionlarının "Qəbələ" ilə matça kimi hazır olmasıdır. Aran təmsilçisi I Liqanın əsas favoriti ilə doğma meydanda qarşılaşmaq istəyir.   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
referans.az

4Mənbələr