V Dünya Köçəri Oyunlarının bağlanış mərasimi sentyabrın 13-də keçiriləcək.
Yenicag.az “Kazinform”a istinadən xəbər verir ki, oyunların bağlanış mərasiminin tamaşaçısız keçirilməsi planlaşdırılır.
Buna səbəb isə büdcə kəsintisidir. Sırf iştirakçıların iştirak edəcəyi bağlanış mərasimini Qazaxıstanın aparıcı telekanallarında canlı izləmək olacaq.
Qeyd edək ki, oyunlarda medal sayına görə Qazaxıstan 33-ü qızıl olmaqla, 88 medalla birinci yerdədir. Azərbaycan ilk onluğa girə bilməyib.