Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu o, Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.
“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə – red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik onlar (Ermənistan – red.) etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Bəli, bu bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik”, – o vurğulayıb.
Belarus lideri qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb.
“Sonra [Paşinyan] Putindən xahiş etdi. Biz artıq ikimiz Paşinyandan istəməyə başladıq: “Problemi həll et”.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan buna belə cavab verib: “Xeyr, döyüşəcəyik”.
“Döyüşüb dincəldilər. Sonra Rusiyaya və ya hələ bizə acıqlanmağın adı nədir?Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən”, – dövlət başçısı bildirib.