AZ

Neftçalada doğulan körpələrin sayı azalıb

Neftçalada doğulan körpələrin sayı azalıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu ilin altı ayında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 359 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 8,3-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olub.

Körpələrdən 8-i əkiz doğulub. Onlardan 10-u oğlan, 6-sı isə qızdır.

Rayonda 222 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,5-dən 5,2-yə düşüb.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
7
cebheinfo.az

8Mənbələr