AZ

İsveç vətənlərinə köçən miqrantlara dəstəyi artırır

İsveç vətənlərinə köçən miqrantlara maliyyə dəstəyini 35 dəfə artıracaq.

Teleqraf.com xarici mətbuata xəbər verir ki, bu barədə hökumət aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, büdcə layihəsində hökumət miqrasiya siyasətinə 2025-ci ildə 513 milyon kron (49,63 milyon ABŞ dolları), 2026-cı ildə 2 milyon 559 milyon kron (247,55 milyon ABŞ dolları), 2027-ci ildə isə 1 357 milyon kron (137 milyon ABŞ dolları) ayıracaq.

Hökumət qaçqınların qəbulu və geri qaytarılmasının, qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin daha səmərəli aparılmasını təklif edir. Məlumatda o da vurğulanır ki, vəsait həmçinin dələduzluq, sui-istifadə, “kölgə cəmiyyəti” ilə mübarizə, əcnəbilər üzərində daxili nəzarətin genişləndirilməsi və miqrasiya məhkəmələrinin büdcələrinin artırılması üçün istifadə olunacaq.


Müəllif: Teleqraf.com
Seçilən
31
5
teleqraf.com

6Mənbələr