AZ

Şahmat Olimpiadası: Millimiz Avstrialiya və Finlandiyaya qalib gəldi

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Arena.az xəbər verir ki, bu gün 2-ci turun görüşləri keçirilib.

Azərbaycanın kişilərdən ibarət yığması bu turda Finlandiya ilə qarşılaşıb. Qarşılaşma şahmatçılarımızın üstünlüyü ilə keçib. Komandamız ilk turda olduğu kimi, 3,5:0,5 hesabı ilə qalib gəlib.

Qadınlardan ibarət yığmamız isə Avstraliya ilə üz-üzə gəlib. Təmsilçilərimiz 2 lövhədə qələbə qazanıblarsa, 2 lövhədə heç-heçə qeydə alınıb.

İki turdan sonra komandalarımız iki qələbə ilə 4 xalla liderlər qrupunda yer alıblar.

Xatırladaq ki, kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlmişdi. Qadınlardan ibarət yığmamız isə Nikaraquaya heç bir şans verməmişdi – 4:0.

45-ci Şahmat Olimpiadası
2-ci tur
12 sentyabr

Kişilər
Finlandiya – Azərbaycan 0,5:3,5
Toyvo Keynanen– Aydın Süleymanlı 0,5:0,5
Vilka Spila – Nicat Abasov 0:1
Mikael Aqopov – Rauf Məmmədov 0:1
Henri Ladelma – Məhəmməd Muradlı 0:1

Qadınlar
Avstraliya – Azərbaycan 1:3
Yuliya Rıjanova – Günay Məmmədzadə 0:1
Jilin Janq – Gövhər Beydullayeva 0,5:0,5
Tu Nquen – Xanım Balacayeva 0:1
Jiayan Şen – Gülnar Məmmədova 0,5:0,5

Seçilən
96
arena.az

1Mənbələr