AZ

"Xaos Tanrısı" 2029-cu ildə Yerə yaxınlaşacaq: Bir şəhəri yer üzündən silə bilər...

"Xaos Tanrısı" asteroidi Apofisin 2029-cu ildə super yaxınlaşması zamanı Yerə çırpılması riski var. Bunu yeni araşdırmanın nəticələri sübut edir. Belə bir fəlakətli toqquşma ehtimalı milyardda birdən çoxdur, lakin tədqiqatçılar ən azı daha üç il belə bir inkişafı istisna edə bilməzlər, 

Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science" yazıb.

Nəşr qeyd edir ki, Apofis təxminən 340 metr enində və ya Eyfel qülləsi ilə eyni ölçüdə fıstıq formalı kosmik qayadır. Bu ölçüdə o, planeti öldürən asteroid sayılacaq qədər ağır deyil, lakin böyük bir şəhəri yer üzündən silə və planet miqyasında iqlim fəsadlarına səbəb ola bilər.

Məlumdur ki, potensial təhlükəli obyekt 2004-cü ildə kəşf edilib və Misirin ilana bənzər qaranlıq və nizamsızlıq tanrısı Apepin şərəfinə adlandırılıb və buna görə "Xaos Tanrısı" ləqəbini alıb.

Kosmik qayanın kəşfindən sonra artıq astronomlar 2023-cü il aprelin 13-də Apofisin Yer kürəsinə son dərəcə yaxın uçacağını və bu da onun planetə çırpılması qorxusuna səbəb olduğunu müəyyən ediblər.

"Lakin sonrakı müşahidələr göstərdi ki, asteroid Yerdən 20.000 mil (32.000 kilometr) - NASA-ya görə Yerlə Ay arasındakı məsafənin 1/10-dən az məsafədə təhlükəsiz şəkildə keçəcək. Bu məsafə daha da yaxın ola bilər. O, Yer orbitindəki ən uzaq peyklərimizdən bəzilərini vurmaq üçün kifayət qədər yaxın ola bilər", deyə nəşr vurğulayır.

Bu arada, Apofis kimi böyük asteroidlər daha kiçik asteroidlərlə toqquşma nəticəsində yoldan çıxa bilər. Tədqiqatçılar bundan əvvəl xəbərdarlıq etmişdilər ki, bu, yaxın beş il ərzində Apofislə baş verə və potensial olaraq "şəhər qatilini" Yerlə toqquşma kursuna çıxara bilər.

Öz növbəsində avqustun 26-da "The Planetary Science Journal"da dərc olunan yeni araşdırmada astronom Pol Veyqert belə bir ssenarinin baş vermə ehtimalını hesablayıb və bunun mümkün olmadığını, lakin hələ də şansların olduğunu müəyyən edib.

Həmçinin mart ayında Veyqert Apofisin hər hansı məlum asteroidlər tərəfindən sapma riskini qiymətləndirən oxşar araşdırmada iştirak edib və bunun ehtimalının "sıfır" olduğunu bildirib. Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, hələ də naməlum asteroidin Apofislə toqquşması ehtimalı var.

Aydın

Seçilən
265
4
qaynarinfo.az

5Mənbələr