AZ

Türkiyədə 8 yaşlı qızcığazın qətlində şübəhli bilinin atası sərbəst buraxıldı

Türkiyənin Diyarbəkir vilayətində  8 yaşlı Narin Güranın qətli ilə bağlı aparılan istintaq çərçivəsində 22 nəfər şübhəli qismində saxlanılıb və prokurorluq ifadələri tamamlanıb.

İqtisadiyyat.az NTV-yə istinadən xəbər verir ki, 9 nəfər, o cümlədən Narin Güranın anası Yüksel Güran və qardaşı Enes Güran qəsdən adamöldürmə ittihamı ilə məhkəməyə göndərilib.

Qətlə yetirilən 8 yaşlı qızcığazın atası Arif Güran daxil olmaqla, 13 nəfər məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Həbs tələbi ilə məhkəməyə göndərilən şəxslər arasında müxtəlif ittihamlar yer alır.  Bəziləri birbaşa qətl prosesində iştirakda, bəziləri isə cinayəti gizlətmək və ya sübutları məhv etməkdə ittiham olunurlar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
iqtisadiyyat.az

1Mənbələr