AZ

Eynşteynin Ruzveltə yazdığı məktub 4 milyon dollara satıldı - FOTO

Nobel mükafatı laureatı Albert Eynşteynin o zamankı ABŞ prezidenti Franklin Ruzveltə yazdığı məktub “Christie's” hərracında 3 milyon 992 min dollara satılıb.


Sfera.az bildirir ki, Eynşteyn bu məktubda nasist Almaniyasının nüvə silahı yarada biləcəyi haqqında xəbərdarlıq edib.


O, 1939-cu il avqustun 2-də, Üçüncü Reyx İkinci Dünya Müharibəsinin başlamasından bir ay əvvəl Amerika prezidentinə məktub yazıb.
 

Alıcının adı məlum deyil. Bu barədə hərrac evinin saytında məlumat verilib.
 

İki vərəqlik məktubda Eynşteyn və həmkarı Leo Szilard ABŞ-ın 32-ci prezidentinə Almaniya “son dərəcə güclü bombalar” yarada biləcəyini yazır. Eynşteyn Ruzvelti ABŞ-da oxşar tədqiqatlara başlamağa çağırır.


Məhz bu məktubdan qısa müddət sonra Ruzvelt "atom bombasının atası" kimi tanınan Robert Oppenheimerin rəhbərlik etdiyi Manhetten Layihəsinin xəbərçisi olan Uran Komitəsini qurub.
 

Qeyd edək ki, məktubun əsli Nyu Yorkdakı prezident kitabxanasında saxlanılır. Eynşteyn bunu alman dilində diktə edib. İngilis dilinə çevirən Leo Szilard olub.
 

Satılan məktubun ikinci və daha qısa variantıdır. Onun əvvəlki sahibi “Microsoft”un həmtəsisçisi Pol Allen olub. 2002-ci ildə o, məktubu naşir və siyasətçi Malkolm Forbesdən 2,1 milyon dollara alıb. O zaman bu, 20-ci əsrin ən bahalı tarixi sənədi idi. Forbes bu məktubu daha qısa versiyasını özündə saxlayan Leo Szilarddan alıb.
 

Hərrac evi bunu “Eynşteynin yazdığı ən mühüm məktublardan biri” adlandırıb.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
sfera.az

1Mənbələr