AZ

İrəvan Tehranın mövqeyini yüksək "qiymətləndirdi"

İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndiririk.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iranlı həmkarı Məcid Taxt-Rəvançi ilə telefon danışığı zamanı deyib.

Kostanyan Rəvançi ilə regionda baş verən son hadisələrlə bağlı da fikir mübadiləsi apardığını bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sübhani də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə regional sərhədlər və coğrafiyada istənilən dəyişikliyə qarşı çıxan Tehranın “prinsipial” mövqeyini vurğulamışdı.

Seçilən
108
3
axar.az

4Mənbələr