AZ

"Barselona" beş futbolçusu ilə bağlı qərar verdi

"Barselona" eyni anda 5 futbolçusu ilə müqaviləni uzatmağa hazırlaşır.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub rəhbərliyi Frenkie de Yonq, Ronald Arauxo, Pedri, Fermin Lopez və Mark Bernal ilə danışıqlar aparır.

Adıçəkilən futbolçuların hər birinin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir, yeganə istisna Fermindir ki, müqaviləsi bir ildən sonra başa çatır.

"Barselona"nın bu yay Frenkie de Yonq və Ronald Arauxonu satmağa hazır olduğu barədə iddialar yayılsa da, hər ikisinə zədələri mane olub.

Seçilən
141
90deqiqe.az

1Mənbələr