AZ

Keçmiş klubu Mbappeyə 55 milyon ödəyəcək

Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə maaşının ödənməmiş hissəsini - 55 milyon avronu tam ödəməli olduğuna dair qərar çıxarıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu Mbappeyə bu məbləği 8 il ərzində ödəməlidir.

Xatırladaq ki, Mbappe daha əvvəl PSJ-dən ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonusları ödəməyi tələb etmişdi. Sentyabrın 11-də LFP Hüquq Komitəsi tərəfləri borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, futbolçu bundan imtina edib.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edib və bu yay klubla müqaviləsi başa çatandan sonra “Real Madrid”ə keçib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
13
teleqraf.com

10Mənbələr