AZ

Tramp Harrisin təklifini rədd etdi

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrislə növbəti debatdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə səhifəsində məlumat verib.

Donald Tramp keçirilən rəy sorğularının nəticələrinə görə, ilk debatda qalib gəldiyini bildirib: "Bundan sonra Kamala Harris dərhal ikinci debat tələb etdi. Ancaq "Foks"da keçirilən debatlara gəlmədi, NBC və CBS-də də çıxış etməkdən imtina etdi. Kamala son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”.

Qeyd edək ki, tərəflər arasında debat sentyabrın 10-da baş tutub.


Müəllif: Teleqraf.com
Seçilən
93
teleqraf.com

1Mənbələr