AZ

Tramp növbəti debatdan imtina edib

ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinin respublikaçı namizədi Donald Tramp Kamala Harrislə növbəti debat keçirməyəcəyini deyib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, ABŞ-Meksika sərhədindəki Arizonada keçirəcəyi mitinqdən əvvəl mətbuata açıqlamasında deyib. 

Daha əvvəl, demokratların namizədi Kamala Harris Trampı növbəti debata dəvət etmişdi. 

Tramp bildirib ki, Bayden və Harrislə keçirilən ümumilikdə 2 teledebat Amerika xalqının seçkilərdə öz seçimini etməsi üçün kifayət olmalıdır və 3-cü belə bir debata hər hansı ehtiyac yoxdur. 

ramp hər iki debatda da rəqiblərindən daha uğurlu çıxış etdiyinə inandığını qeyd edib.

Seçilən
134
operativmm.az

1Mənbələr