"Hizbullah" dəstələri İsrailin Safed şəhəri yaxınlığındakı hava hücumundan müdafiə bazasına raket zərbəsi endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, şəhərin bəzi ərazilərində elektrik enerjisi kəsilib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, hərbçilər Livandan ölkəyə atılan 20-yə yaxın raketin gəldiyini qeydə alıb və onlardan birinin partlaması nəticəsində yanğın başlayıb. Raketlərin əksəriyyəti ələ keçirilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb.