ABŞ Müdafiə Nazirliyi Rusiya ordusunun Kursk vilayətində əks-hücum əməliyyatları keçirmək cəhdləri barədə məlumatı təsdiqləyib. Pentaqon bu hərəkətlərin miqyasını “əhəmiyyətsiz” adlandırıb.
Bu barədə “Ukrinform” xəbər verir.
Pentaqonun sözçüsü general Patrik Rayder deyib: “Biz görürük ki, indiki mərhələdə Rusiya bölmələri Kursk bölgəsində müəyyən əks-hücum əməliyyatları həyata keçirməyə çalışırlar”.
Onun sözlərinə görə, bu hərəkətlər “əhəmiyyətsizdir”. Bununla belə, Pentaqon hadisələri izləyir, Rayder qeyd edib.
uRusiya diktatoru Vladimir Putin hərbi-siyasi rəhbərliyə oktyabrın 1-dək Kursk vilayətini azad etməyi tapşırıb. Amma onlar bunu Ukraynanın əsas bölgələrindən qüvvələrini çəkmədən etməlidirlər.
Çərşənbə axşamı, sentyabrın 10-da rus qoşunları Kursk vilayətində əks-hücumlara başlayıb.
.ISW yazır ki, rusların Ukrayna Silahlı Qüvvələrini Kursk bölgəsindən sıxışdırıb çıxarmaq və ya Ukrayna ordusunun yeni əks-hücumlarından müdafiə etmək üçün lazım olan kifayət qədər qoşuna malik olub-olmaması hələ də aydın deyil.
Oxuməni.az