Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Bayramov Mirəli Mirzəbala oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.