İsrail ordusu Qüdsün şərqində, İordan çayının qərb sahilində yerləşən Almon qəsəbəsinə terrorçuların sızması təhlükəsi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Walla" xəbər portalı məlumat yayıb.
"Dünən (cümə axşamı) axşam saatlarında Almon Şehatmar Binyamin qəsəbəsinə terrorçuların daxil olması təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Dərhal evin içərisində təhlükəsiz əraziyə keçin və qapını möhkəm bağlayın. Qapı və pəncərələrin qarşısında dayanmayın, nəqliyyatdan və səs-küydən qaçın", - İsrail Ordusunun Logistika Komandanlığının bəyanatında deyilir.
İsrail Müdafiə Nazirliyi həmçinin Livan ərazisindən Safed şəhəri yaxınlığında atılan 20-yə yaxın raketin aşkar edildiyini bildirib. Onların əksəriyyəti müvəffəqiyyətlə vurulub, qalanları açıq ərazilərə düşüb. Ölən və yaralananlar olmayıb.