"Qərb ölkələri hazırda Ukraynaya Rusiya ərazisinə dərin zərbələr endirməsi üçün daha çox riskə əl atırlar".
Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun təqaüddə olan zabiti Daniel Davis özünün "YouTube" kanalında bildirib.
Belə ki, o, Rusiya Prezidenti Vladimir Putinin Şimali Atlantika Alyansının Rusiya Federasiyası ilə münaqişədə birbaşa iştirak imkanlarını müzakirə etməsi barədə bəyanatını şərh edib.
"Kiyevin Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməklə, biz sözün əsl mənasında odla oynayırıq", - Devis deyib.
O, qeyd edib ki, indi bəzi Qərb dövlətlərinin rəhbərləri öz qərarları ilə dünyanı hərbi əməliyyatların yeni mərhələsinə yaxınlaşdırdıqlarını anlamırlar.