AZ

"Bu şirkətlərin fəaliyyətinə kim nəzarət edir?" - "Niyə belə özbaşınalıqdır..."

"Mənim şikayətim "Azercell" şirkətinin səriştəsizliyi ilə bağlıdır..." Dia-az.İnfo xəbər verir ki, bunu öz gileyində ictimai fəal Şamxal Bağırzadə ifadə edib.O daha sonra bildirir: "Mən "İsteSən" tarifinə qoşulmuşam aylıq xidmət haqqı çıxıb, mənə internet və danışıq dəqiqələri verilir. Bu gün (12.09.2024) səhər saatlarında hesabımdan xidmət haqqı çıxıldı və tarif avtomatik yeniləndi. Mənə dəqiqələr verildi, amma internet verilmədi. Halbuki paketin əsas önəmi internetdir, çünki mənə o lazımdır, pulsuz dəqiqələr yox. Məsələ orasındadır ki, şirkətə nə sosial şəbəkələrdə, nə kabinetdəki çatına, nə də operatorun qəbuluna düşmək mümkündür. Zəng edirsən guya 138 adam olduğunu deyirlər, hər dəqiqəsinə də 10 qəpik çıxırlar.10 dəqiqə gözlədim səbrim çatmadı söndürdüm.Bu şirkətlərin fəaliyyətinə kim nəzarət edir? Niyə belə özbaşınalıqdır. Adi bir sistem xətasından başqa bir şey deyil bu, saatlardır həll olunmur..."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
5
dia-az.info

6Mənbələr