AZ

Salyanda yol qəzası oldu, xəsarət alanlar var

Salyanda baş vermiş yol qəzasında xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin V.Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Salyan şəhər sakinləri 1960-cı il təvəllüdlü Qədimov Burxan Şəmsəddin oğlu, 1981-ci il təvəllüdlü Nəcəfov Amil Faiq oğlu və 1980-ci il təvəllüdlü Gözəlov Asif Hüseynalı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
8
konkret.az

9Mənbələr