AZ

Conidən “xarici agent” ittihamı ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin üzvləri Rusiya Baş Prokurorluğundan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) xaricdən maliyyələşməsini yoxlamağı tələb ediblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qurum maliyyələşmənin təsdiqləndiyi halda Baş Prokurorluqdan ifaçını xarici agent kimi tanınmasını istəyib.

Məsələ ilə bağlı Coninin nümayəndələri "Super"ə açıqlama veriblər.

Bildirilib ki, sənətçinin Avropa turnesinin təşkilatçısı Rusiya şou-biznesində tanınan və hər il Rusiyadan olan ulduzların iştirakı ilə 100-dən çox tədbir təşkil edən konsert təşkilatçısı İqor Valyanskidir. Konsertlərin təşkilində köməklik göstərən yüzlərlə başqa adamın adı sənətçiyə məlum deyil.

İfaçının nümayəndələri qeyd edib ki, məlumat təsdiqlənərsə, insidenti həll etməyə hazırdırlar:

"Əgər təşkilatçı tərəfdaşlarımızın dürüstlüyünə və hərəkətlərinə dair hər hansı şübhəmiz varsa, biz həmin tərəfdaşı təşkilatçılıq prosesindən kənarlaşdırmaq üçün tədbirlər görəcəyik. Kütləvi informasiya vasitələrində yayılan məlumat təsdiqini taparsa, tur tərəfimizdən birtərəfli qaydada ləğv ediləcək".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
75
2
milli.az

3Mənbələr