Yapon qadın xarici görünüşünü tamamilə dəyişmək və “yeni həyata başlamaq” üçün plastik əməliyyata 170 min dollar (289 000 AZN) xərcləyib."DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, Hirase Airi uşaqlıqdan bəri görünüşünə görə utanırmış. Həmyaşıdları tərəfindən məsxərəyə qoyulan qız plastik əməliyyat üçün pul yığmağa başlayıb. Belə ki, məktəbi bitirdikdən sonra o, mühafizəçi və ya digər "part-time" işlərdə çalışıb. Airinin dediyinə görə, ilk plastik əməliyyatdan sonra onun biznesi yüksəlib. Nəticədə qadın bir neçə dəfə cərrahın bıçağının altına girərək prosedurlara 170 min dollardan çox pul xərcləyib. Hirase yeni görünüşündən tam razı olduğunu və indi köhnə dostlarının onu tanımadığını bildirib. Bundan əlavə, yeni obrazı sayəsində yapon qadın sosial şəbəkələrdə geniş kütləyə sahib olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta