Çinin Şençjen şəhərində 8100 drondan istifadə edilməklə dünyanın ən böyük dron nümayişi keçirilib.

İndex.az xəbər verir ki, Çinin Shenzhen Universiada İdman Mərkəzində keçirilən iki şouda ardıcıl iki Ginnesin Dünya Rekordları qırılıb.

İlk olaraq 4 sentyabrda keçirilən nümayişdə 7 min 998 pilotsuz təyyarə ilə rekord qırıldı. Bir gün sonra isə 8 min 100 pilotsuz təyyarə ilə rekord yenilənib.

18 dəqiqəlik işıq-kölgə şousu Paris Olimpiadasında dron şousunu həyata keçirən komanda tərəfindən hazırlanıb.

Həmin dron şousunu təqdim edirik: