İrəvanda Amerikalı biznesmenin həyat yoldaşı, 55 yaşlı qadının oğurlanması ilə bağlı sensasiyalı işin 4 təşkilatçısı və vasitəçisi həbs edilib.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, adam oğurluğu sentyabrın 4-də baş verib. Qadın Ermənistanın Tavuş rayonunun Voskepar kəndində saxlanılıb.
Müəyyən edilib ki, adam oğurluğunu ABŞ-dan Ermənistana qayıdan 37 yaşlı Vaçe İ. təşkil edib və planlaşdırıb. O, daha dörd nəfərin daxil olduğu bir qrup yaradıb. Onlar 4 milyon dollar pul tələb ediblər, lakin qaçırılan qadının əri ilə uzun sürən danışıqlar nəticəsində 800 min dollara razılaşıblar.
Hadisəni törədən dördü artıq saxlanılıb. Onlardan üçü hava limanına gedərkən saxlanılıb. İrəvan sakini 37 yaşlı Vaçe İ., Tavuş sakini 49 yaşlı Arkadi P., 41 yaşlı Artem Muradyan və Kotayk rayon sakini 42 yaşlı Artsrun O.
Məhkəmənin qərarı ilə onlar haqqında həbs qətimkan tədbiri seçilib.