Fransa Prezidenti Emmanuel Makron COP29 sammitində iştirak etməyəcək.
Modern.az-ın məlumatına görə, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Qəzetin direktor müavini "X" hesabında bildirib ki, Makron noyabrda Bakıya gəlmək niyyətində deyil.
Qeyd edək ki, Azərbaycan Fransanı COP29-a dəvət edib.
Xatırladaq ki, Makronun bu ay Ermənistana səfər edəcəyi barədə xəbərlər yayılıb.