Türkiyənin texnologiya firması "Reeder" elektrikli avtomobil istehsal edib.
Hit.az xəbər verir ki, uzun zamandır gözlənilən elektromobil təqdim olunub.
"ReeV Fancy" adlı avtomobil şəhərdaxili istifadə üçün nəzərdə tutulub. 7,5 kVt/saat LFP akkumulyatoru ilə təchiz edilən avtomobil bir şarjla 100 kilometrə qədər məsafə qət edə bilir. Bu kiçik avtomobillə gündəlik ehtiyacların qarşılana biləcəyi açıqlanıb.
Sözügedən modelin maksimum sürəti 45 kilometr/saatdır. Avtomobilin baqaj həcmi isə 200 litrdir. "ReeV Fancy" tam enerji yığması üçün 5 saat vaxt lazımdır.
Qeyd edək ki, avtomobilin dəyəri 280 min türk lirəsidir. Satışlar isə 23 sentyabrda başlayacaq.
Pərviz