"NielsenIQ" məlumatlarına görə, 2024-cü ilin birinci yarısında Rusiya istehlak bazarında bir il əvvəllə müqayisədə 18% az yeni brend "peyda olub".
Modern.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Lakin yeni məhsulların satışı əvvəllər ortaya çıxanlardan daha uğurlu olub. Mütəxəssislər bunu, digər məsələlərlə yanaşı, inflyasiyanın artması və yeni premium məhsulların bazara çıxarılmasının artması ilə əlaqələndirirlər.
Yeni brendlərin əksəriyyəti yanvar-iyul aylarında pivə istehsalçıları tərəfindən satışa çıxarılıb. İçkilərdən əlavə, yeni məhsulların sırasına ən çox müxtəlif növ qəlyanaltılar və desertlər, o cümlədən çips, şokolad, yoqurt və dondurma daxildir.
"Cebheinfo.az"