AZ

Ceff Bezos Mayamidə villa alarkən kimliyini gizlədib

Yazını böyüt
Yazını kiçilt

Amazon-un qurucusu Ceff Bezos Mayamidə aldığı lüks evin qiymətini aşağı salmaq üçün kimliyini gizlədib. Satıcı Leo Kris 6 milyon dollar endirimlə bağlı daşınmaz əmlak firmasını məhkəməyə verməyə hazırlaşır.

Hafta.az-ın yazdığına görə, Ceff Bezos 190 milyard dollarlıq sərvəti ilə tanınan iş adamıdır. Lakin aldığı evin satış sənədlərində onun o dövrdə dünyanın 2-ci ən zəngin adamı olması barədə məlumatlar gizli saxlanılırdı.

Evi satan iş adamı Leo Kris Bezosun bu məxfiliklə onu aldatdığını və evin qiymətini 6 milyon dollar aşağı saldığını bildirib. Kris deyib ki, alıcının Bezos olduğunu bilsəydi, endirim etməzdi. Kris bu vəziyyəti öyrəndikdən sonra daşınmaz əmlak şirkətini məhkəməyə verəcəyini açıqlayıb. O, həmçinin bildirib ki, daşınmaz əmlak şirkətinin alıcını gizlətməsi onu qurban verib.

Leo Kris, teatr zalı və şərab anbarı da olan 7 otaqlı lüks evi keçən il 85 milyon dollara satışa çıxarmışdı. Lakin daşınmaz əmlak şirkətinin etdiyi bazarlıq nəticəsində evin 79 milyon dollardan artıq satıla bilməyəcəyi bildirilib. Krisbu vəziyyətə aldandığını hiss etdiyini bildirib.

Mayaminin prestijli ərazilərindən olan Indian Creek-də yerləşən bu lüks evin ətrafında məşhur adlar da yaşayır. Amerika futbolunun əfsanəvi adlarından Tom Bredi, iş dünyasından məşhur DJ David Guetta və İvanka Tramp kimi adlar da eyni bölgənin digər məşhur sakinləri arasındadır.

Seçilən
64
hafta.az

1Mənbələr