AZ

Muxtar Babayev Praqa və Belqrad şəhərlərində görüşlər keçirdi



COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev, 12-13 sentyabr tarixlərində Praqada keçirilən ATƏT-in 31-ci İqtisadi-Ekoloji Forumun iclasında iştirak edib.

aia.az xəbər verir ki, bu barədə COP29-un rəsmi saytında məlumat verilib.

İclasda COP29 ilə bağlı Azərbaycanın vizyonu və prioritetləri müzakirə olunub. Həmçinin, ATƏT-in iqlim dəyişmələri ilə mübarizəyə verdiyi töhfə də müzakirə edilib.

Qeyd edək ki, 12 sentyabrda COP29 Prezidenti Muxtar Babayev Belqrad şəhərində bir sıra işgüzar görüşlər keçirib. Görüşlərdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və COP29-a hazırlıq məqsədilə davamlı qərarların qəbuluna dəstək məsələləri müzakirə olunub.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər konfransı keçiriləcək.

aia.az



Seçilən
33
8
aia.az

9Mənbələr