AZ

Türkiyədə silah qaçaqmalçılarına qarşı kütləvi əməliyyat: 3000-ə yaxın silah ələ keçirilib

Türkiyənin bütün əyalətlərində silah qaçaqmalçılarına qarşı əməliyyat keçirilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, “Mercek-25” əməliyyatı çərçivəsində ümumilikdə 2738 silah, o cümlədən 1595 sənədsiz tapança, 442 boş güllə atan tapança, 45 uzun lüləli tüfəng, 655 sənədsiz ov tüfəngi ələ keçirilib.

Həmçinin, 2459 şübhəli haqqında hüquqi prosedur başladılıb.

Nazir silah qaçaqçılarına qarşı mübarizənin davam edəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
9
sam.az

10Mənbələr