AZ

Türkiyənin hərbi gəmiləri Somaliyə gedir

Bakı,TurkicWorld

Türkiyə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri seysmik tədqiqat gəmilərini müşayiət etmək üçün yaxın günlərdə Somaliyə göndəriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat verib.

“Bilindiyi kimi Somali ilə bir sıra razılaşmalar əldə etmişik. Bunlardan biri enerji məsələsini əhatə edirdi. Enerji ilə bağlı işlər Energetika Nazirliyimizin koordinasiyası ilə davam edir və seysmik tədqiqat gəmisinin gələn ay bölgəyə getməsini gözləyirik. Seysmik tədqiqat gəmisini müşayiət etmək üçün Dəniz Qüvvələrimizə məxsus gəmilər də təyin olunacaq”,- deyə nazirlikdən bildirilib.

Həmçinin qeyd edək ki, Türkiyə 8 fevral 2024-cü ildə “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Razılaşması” çərçivəsində Somalinin dəniz ərazilərini qarşıdakı 10 il müddətində qorumaq vəzifəsini öz üzərinə götürmüşdü. Bu qərarı Somali parlamenti də təsdiqləyib.

Somali prezidenti Həsən Şeyh Mahmud Türkiyə Hərbi Dəniz Qüvvələrinin 10 il ərzində Somali sularını qoruyacağını və dəniz qaynaqlarının inkişafına töhfə verəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
turkic.world

2Mənbələr