AZ

"Çelsi"nin futbolçusu sürücülük hüququndan məhrum edildi

“Çelsi”nin kapitanı Entso Fernandesin sürücülük hüququ əlindən alınıb. 

Sportal.az xəbər verir ki, buna səbəb argentinalı yarımmüdafiəçinin cəzalarının çoxalmasıdır.

23 yaşlı futbolçu yol hərəkəti qaydalarını pozduğu üçün dəfələrlə cəzalanıb. Onun cərimələri 3000 funt-sterlinqdən çoxdur və ödənilməyib. Enzo sonuncu dəfə Uelsdə sürət həddini aşıb və işıqforun qırmızı işığında yolu keçib.

Bu səbəbdən futbolçunun İngiltərədə avtomobil idarə etməyi qadağan olunub. Fernandes yalnız 2025-ci ildə sükan arxasına əyləşə biləcək.

saytlarin hazirlanmasi

Seçilən
112
sportal.az

1Mənbələr