Kolumbiya prezidenti onu öldürmək və ya devirmək planını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Caracol TV məlumat yayıb. Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin onu öldürmək və ya vəzifəsindən uzaqlaşdırmaq planı hazırladığını bildirib.
Qustavo Petronun sözlərinə görə, üç ay ərzində onu istənilən yolla hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədirlər.
“Sərəncam verildi – yaxın üç ayda ya prezident öləcək, ya da devriləcək”, – Petro deyib.
Kolumbiya prezidentinin sözlərinə görə, komissiya onun vəzifəsindən uzaqlaşdırılmasına çalışacaq ki, parlamentin yuxarı palatasının sədri Efrain Sepeda dövlət başçısının yerini tutsun.
Xuraman Etibarlı
İnterpress.az