AZ

Ukrayna Qərb tanklarını döyüş meydanında istifadə etməkdən çəkinir

Ukrayna Silahlı Qüvvələri Qərb tanklarını itirmək riskinin yüksək olması səbəbindən onları döyüş meydanında istifadə etməkdən çəkinir.


AZXEBER.COM xəbər verir ki, bu barədə  məşhur \"Wall Street Journal” nəşri bildirib.


\"Onlarla Qərb tankı Ukrayna birləşmələri tərəfindən döyüş meydanında yalnız nadir hallarda istifadə olunub... bəziləri zədələnib, məhv edilib və ya ələ keçirilib”, - deyə nəşr yazır.


Bu ərəfədə Qərb mediasında yayılan bəzi məlumatlara görə, Ukrayna son altı ayda tədarük edilən 31 Amerika M1A1 tankından təxminən 20-ni itirib. Ukrayna Silahlı Qüvvələrinin bölmələrini cəbhədə rotasiya çərçivəsində əvəz etməli olan yeni briqadalar yaratmaq üçün Kiyevin əlində kifayət qədər müasir hərbi texnika yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
azxeber.com

4Mənbələr