İranın cənub-şərqində Sistan Bəlucistan əyalətinin Mircave rayonunda naməlum silahlı şəxslərin sərhədçiləri atəşə tutması nəticəsində iranlı hərbçisi öldürülüb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pakistan sərhədindəki Mircave rayonunda avtomobildə olan naməlum şəxslər sərhədçilərin maşınına atəş açıb.
Hücumda biri leytenant olmaqla 3 hərbçi ölüb, 1 mülki vətəndaş yaralanıb.
Hücum edənlərin tutulması üçün genişmiqyaslı araşdırma başladılıb.