AZ

Abramyan:"12 sentyabr qarşıdurması olmasaydı, Ermənistan bu qədər məglub duruma düşməyəcəkdi"

"2 il əvvəl (2022-ci il red -Ə.R) bu gün Azərbaycan Ermənistanın suveren ərazisinin müxtəlif istiqamətlərində hücuma keçib, nəticədə ölkəmizin bir sıra taktiki və strateji hissələri Azərbaycanın nəzarətinə keçib".


Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın  “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan dümən  öz Facebook səhifəsində yazıb:"Bununla Azərbaycan nəinki hərbi baxımdan böyük üstünlük əldə etdi, həm də danışıqlar prosesində tamamilə fərqli, özü üçün faydalı mövqedən çıxış etmək imkanı əldə etdi. Azərbaycanlıların hücum istiqamətləri təsadüfi deyildi. Bununla onlar nəinki ən əlverişli ərazilərdə effektiv müdafiə strukturları yerləşdirmək, RA-nın mühüm infrastrukturlarına nəzarət etmək, həm də mümkün hücum əməliyyatları zamanı böyük başlanğıc imkanları əldə etmək imkanı əldə etdilər. Həmin hücum nəticəsində Ermənistanın 200-dən çox qurbanı olub".


Abramyan bu halda Ermənistanın məğlub duruma düşməsini təbii hal hesab edərək  yazır: “Ermənistan hökumətinin güzəştli, məğlubiyyətpərəst siyasətinin əsasında həmin qarşıdurmanın - 12-14 sentyabr qarşıdurmasının  ağır nəticələri də dayanır”.

Qeyd edək ki, Milli Məclis deputatı Zahid Oruc da həmin günlərdə eyni fikri təkrar etmişdi:Təkcə dünən İrəvana gələn Avropa Birliyinin 40 nəfərlik mülki formalı hərbi general və məxfi xidmət təmsilçisi, İsveçrə və Amerika parlamentariləri Azərbaycan əleyhinə aktlar tərtib edirlər. Lakin Prezident İlham Əliyevin sülh savaşı davam edir. Son 2 əsrdə ilk dəfədir ki, imperiyaların diqtəsi olmadan, Zəfərimizi rəsmiləşdirə bilərik. Amma 12-14 sentyabr hərbi toqquşması baş verməsəydi, razılaşma olmayacaqdı”.
Xatırladaq ki, 2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında silahlı toqquşma baş verdi. Azərbaycan tərəfinin açıqlamasına görə, 80 hərbi qulluqçu həlak oldu. 2 mülki şəxs yaralandı. Ermənistanın qaçıqlamasında isə 204 hərbi qulluqçu və 3 mülki şəxs həlak olduğu deyildi.

 BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHU QARŞISINDA BAŞ ƏYİRİK!

Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
adalet.az

1Mənbələr