AZ

Rusiya Britaniya diplomatlarının akkreditasiyasını ləğv etdi

Rusiya Böyük Britaniyanın Moskvadakı səfirliyində çalışan 6 diplomatın casusluq ittihamı ilə akkreditasiyasını ləğv edib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu diplomatların ölkənin təhlükəsizliyini təhdid edən fəaliyyətlə məşğul olduğunu iddia edib. Rusiya Xarici İşlər Nazirliyi diplomatların hərəkətlərinin beynəlxalq diplomatik normaları aşdığını vurğulayıb.

Turkustan.az xəbər verir ki, Rusiya Böyük Britaniyanın Moskvadakı səfirliyində çalışan 6 britaniyalı diplomatı casusluqda ittiham edərək, onların akkreditasiyasını ləğv edib.

Rusiyanın İnterfaks xəbər agentliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadən verdiyi xəbərə görə, FSB bu şəxslərin fəaliyyətinin ölkənin təhlükəsizliyini təhdid etdiyini iddia edib.

FSB-dən verilən açıqlamada İngiltərənin beynəlxalq hərbi və siyasi gərginliyi koordinasiya etdiyini sübut edən sənədlərin ələ keçirildiyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı açıqlama verib.

Tass xəbər agentliyinə danışan Zaxarova, "Böyük Britaniyanın Moskvadakı səfirliyinin diplomatları Rusiya xalqına zərər vurmaq məqsədi daşıyan hərəkətlər ediblər. Bu şəxslərin fəaliyyəti Vyana Konvensiyalarından çox kənara çıxıb" deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
turkustan.az

3Mənbələr